Pulunuz Olmadan Ticarətlə məşğul olmaq Mümkündür

Eylül 27, 2018

Heç Pulunuz Olmadan da Ticarətlə məşğul ola bilərsiz

Ticarət varlanmağın ən əsas yoludu. Ticarət olmadan varlı olan insana çətin ki rast gələk. Siz də ticarətə başlamaq istəyirsiz, amma sərmayəniz yoxdur, canınızı sıxmayın pul olmadan da ticarət etmək olar. Amma bunun üçün biraz yorulacaqsız.
 Bəs pul olmadan necə gəlir əldə etmək olar?
Azərbaycanda bir çox şirkət ticarətcilərlə çalışır. Belə şirkətləri internetdən xüsusilə elan saytlarından tapa bilərsiz. Həmin şirkətlər məhsullarının satışı üçün bacarıqlı insanlar axtarırlar. Yəni şirkətin təqdim etdiyi məhsulu sataraq həmin satışdan müəyyən faiz əldə edirsiz. Bu tipdə xidmətlər çoxdur. Məsələn Mebel satışı edərək yüksək gəlir əldə edirsiz. 
Ancaq bu tipli ticarətdə müəyyən bacarıqlarınız olmalıdır.
  • Əla danışıq qabiliyyəti
  • Müştəriləri razı salmaq bacarığı
  • Yüzlərlə insanla ünsiyyətdə olmalısız
  • Müştərilər tapmaq
  • İnsanların güvənini qazanmaq
  • Potensial müştərilər qazanmaq 
Bu kimi bacarıqlarınız varsa və ya müştəriləri razı salmağa inanırsınızsa pulunuz olmasa da yaxşı gəlir əldə edə bilərsiz. Belə işlərdə prinsipial olmalı və yorulmadan çalışmalısız.
Şirkətin təqdim etdiyi mallara diqqətli yanaşın. Bu məhsulları satmaq mümkündürmü? , şirkət bir satışdan sizə neçə faiz verir? , bu məhsullar cəlb edicidimi? kimi  sualları dəqiqləşdirin.
Bu kimi satışlardan siz həmçinin təcrübə qazanaraq gələcəkdə öz məhsullarınızı da rahat sata bilərsiz. 
Bu mövzuya aid əlavələr olacaq...


You Might Also Like

0 yorum

Popular Posts

Like us on Facebook

Bizimlə Əlaqə

Ad

E-posta *

Mesaj *

Flickr Images