Al- Sat İşi ilə Pul Qazana Bilərsiz

Kasım 18, 2018

Alıb Satmaq İşi ilə Pul Qazanmaq.

Azərbaycanda bu işlə məşğul olan insanlar kifayət qədərdir. Bunu əsas işiniz və ya ikinci iş kimi də məşğul ola bilərsiz. Hətda pulunuz olmadan da bu işdən gəlir əldə edə bilərsiz. Yəni sadəcə əlaqələndirici ola bilərsiz. Bu işdən qazanc əldə etmək istiyirsinizsə mütləq bazar qiymətindən aşağı olan məhsullar tapmalısız. Əsas şərt budur. Məsələn, Almanın qiyməti Qubada 0.40 azn Bakıda isə 1 azn dirsə siz həmin meyvəni alaraq, Bakıdakı marketləri təmin edə bilərsiz. Yaxud bazar qiyməti 10000 azn olan avtomobili ucuza, 8000 azn ə alaraq təkrar sata bilərsiz.. Bunun üçün sizin avtomobil bazar qiymətindən məlumatınız olmalıdır ki, alarkən və satarkən uduzmayasız.

Al Sat işi ilə Pul Qazanın


Al Sat işində özünüz üçün müəyyən bir məhsul seçin. Bu sizin üçün daha məqsədə uyğun olar. Məsələn meyvə alıb satmaq, yaxud alma alıb satmaq. Bu işlə məşğul olduqca təcrübəniz artacaq və siz meyvəni ən ucuza hardan almaq və ən münasib qiymətə harda satmaq olduğunu öyrənmiş olacaqsız.


Sosial mediadakı elan səhifələrini, online mağazaları və elan saytlarını izləyin.

Sadalanan yerlərdən ucuz qiymətə məhsullar əldə edib daha uyğun qiymətə sata bilərsiz. Elan saytlarında təcili satılan mallar olur:  telefon, məişət əşyaları, mebel, ikinci əl əşyalar və s. alaraq yenidən sata bilərsiz.
Həmçinin online mağazalar da endirimdə olan malları alıb müəyyən müddətdən sonra satmaq olar. Yaxud aliexpress, ebay kimi nəhəng online mağazalardan çox ucuz qiymətə məhsullar sifariş verərək Azərbaycanda satmaq olar.

You Might Also Like

0 yorum

Popular Posts

Like us on Facebook

Bizimlə Əlaqə

Ad

E-posta *

Mesaj *

Flickr Images